16:47 05-02-2021
news_image
448
FUTBOL

“Milan”ın hədəfində - iki yarımmüdafiəçi

İtaliyanın “Milan” klubu iki futbolçunun transferini planlaşdırır.

Apasport.az saytının məlumatına görə, A seriyası təmsilçisi Florian Toven və Otavionun keçidində maraqlıdır.

Milanlılar yarımmüdafiəçiləri yayda azad agent kimi heyətinə qatmaq niyyətindədir. Tovenin Fransa “Marsel”i, Otavionun Portuqaliya “Porto”su ilə müqaviləsi bu ilin yayında başa çatacaq.

Qeyd edək ki, Toven cari mövsüm 28 oyunda 7 qol vurubsa, Otavio 20 matçda 3 dəfə fərqlənib.