16:56 05-02-2021
news_image
380
FUTBOL

PSJ ilə oyunları da buraxacaq – “Barselona”nın futbolçusu

İspaniyanın “Barselona” klubunun hücumçusu Ansu Fatinin yaşıl meydanlara dönməsi yubanır.

Apasport.az saytının məlumatına görə, gənc forvard öncədən planlaşdırıldığı kimi, fevralda meydana çıxa bilməyəcək.

Buna səbəb sol dizindən zədəli olan 18 yaşlı oyunçunun bərpa prosesi zamanı yüklənmələrə istənilən səviyyədə tab gətirməməsidir. Həkimlər onun apreldə tam hazır olacağını düşünür. Bu isə o deməkdir ki, Fati fevralın 16-da və martın 10-da Çempionlar Liqasının 1/8 final mərhələsində Fransa klubu PSJ-yə qarşı oyunlara yetişməyəcək.

Qeyd edək ki, Ansu Fati ötən il noyabrın əvvəllərində zədələnib.