17:36 05-02-2021
news_image
513
FUTBOL

Daha iki xal – millimizdən

Futzal üzrə milli komandaların dünya reytinqi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, yığmaların bu həftə keçirdiyi oyunlar cədvəldə cüzi dəyişikliklərə səbəb olub.

Avropa çempionatının seçmə mərhələsinin II turunda Yunanıstana 3:0 hesabı ilə qalib gələn Azərbaycan millisi xal aktivini artırıb. Ellada təmsilçisi üzərində qələbə yığmamıza 2 xal qazandırıb.

Millimiz əmsalını 1415 xala çatdırıb. Lakin bu qazanc irəliləyiş üçün yetərli olmayıb. Joze Alesionun yetirmələri 13-cü sırada qalıb.

Qeyd edək ki, cədvələ 1808 xala malik İspaniya başçılıq edir.