00:19 06-02-2021
news_image
201
FUTBOL

Ən yaxşı seçildi – “Latsio”nun futbolçusu

İtaliya A seriyasında ötən ayın ən yaxşı futbolçusu bəlli olub.

Apasport.az saytının məlumatına görə, “Latsio”nun yarımmüdafiəçisi Sergey Milinkoviç-Saviç yanvarın ən yaxşısı seçilib.

Ona mükafat fevralın 7-də təqdim olunacaq. Həmin gün romalılar “Kalyari” ilə qarşılaşacaq.

Qeyd edək ki, Sergey ötən ay 6 oyunda 1 qol vurub.