22:36 05-02-2021
news_image
268
FUTBOL

Yeni kapitanı bəlli oldu – paytaxt klubunda

İtaliyanın “Roma” klubunun yeni kapitanı müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, bunu paytaxt klubunun baş məşqçisi Paulu Fonseka açıqlayıb.

Portuqaliyalı onunla münaqişəyə girən Edin Dzekonun kapitanlıqdan məhrum edildiyini təsdiqləyib. 34 yaşlı bosniya və herseqovinalı məşqlərə başlasa da, sarğı başqa futbolçuya verilib. “Yuventus”la A seriyasının XXI turunun matçında kapitan funksiyasını Brayan Kristante icra edəcək.