23:28 05-02-2021
news_image
144
FUTBOL

“Yarımmüdafiəçi olsaydım, de Breyne ehtiyatda “yatar”, mən oynayardım” – Ederson

“Əgər futbolda qapıçılar olmasaydı, mən yarımmüdafiəçi olardım. Çünki meydanı pis görmədiyimi hesab edirəm. Üstəlik, yaxşı ötürmələrim də var”.

Apasport.az saytının məlumatına görə, bunu “Mançester Siti”nin qapıçısı Ederson deyib.

Braziliyalı yarımmüdafiəçi olmaq istəyini gizlətməyib. O, dünyanın ən yaxşı orta sahə oyunçularından sayılan komanda yoldaşı belçikalı Kevin de Breyneye də “ilişib”: “Əgər mən bu gün yarımmüdafiəçi olsaydım, Kevin de Breyne ehtiyatda “yatar”, mən oynayardım. Düzdür, zarafat edirəm. Amma həqiqətən də bu mövqedən xoşum gəlir”.

Qeyd edək ki, Ederson ötən mövsüm Premyer Liqanın ən yaxşı qapıçısı seçilib.