00:42 06-02-2021
news_image
181
FUTBOL

Yeni müqavilə - La Liqa klubunda

İspaniyanın “Levante” klubu kapitanı Xose Moraleslə müqaviləni uzadıb.

Apasport.az saytının məlumatına görə, hücumçu 2023-cü ilə qədər La Liqa klubunun şərəfini qoruyacaq.

33 yaşlı forvard cari mövsüm 20 matçda meydana çıxıb. O, rəqib qapılarından 8 top keçirib.

Qeyd edək ki, Morales 2013-cü ildən “Levante”nin formasını geyinir.