23:01 05-02-2021
news_image
246
FUTBOL

Koronavirusa ikinci yoluxma – “Napoli”də

İtaliyanın “Napoli” klubunun daha bir futbolçusu koronavirusa yoluxub.

Apasport.az xəbər verir ki, bu barədə məlumatı Neapol təmsilçisinin mətbuat xidməti yayıb.

Komandanın müdafiəçisi Kalidu Kulibalinin koronavirus testi müsbət nəticələnib. 29 yaşlı seneqallının xəstəliyi simptomsuz keçsə də, afrikalı karantinə alınıb.

Bu, “Napoli”nin gün ərzində koronavirusa yoluxduğu açıqlanan ikinci oyunçusudur. Daha öncə müdafiəçi Fauzi Qulamın testinin nəticəsi pozitiv çıxıb.

Qeyd edək ki, “Napoli” A seriyasının XXI turu çərçivəsində fevralın 6-da “Cenoa”nın qonağı olacaq.