09:38 06-02-2021
news_image
195
FUTBOL

"Keşlə" göndərdi - "Sabah" gətirdi

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az klubun saytına istinadən məlumat verir ki, ukraynalı yarımmüdafiəçi Dmitro Klots bundan sonra Bakı təmsilçisinin uğurları üçün çalışacaq.

24 yaşlı futbolçu ilə mövsümün sonuna kimi müqavilə bağlanıb.

Klots karyerası ərzində Ukraynanın “Karpatı” (Lvov, 2014-2020) və Azərbaycanın “Keşlə” (2020) komandalarında oynayıb.

Dmitro “Sabah”da 48 nömrəli formada çıxış edəcək.