10:20 06-02-2021
news_image
163
FUTBOL

“Neftçi”ni mübarizədən kənarlaşdırmaq istəyir - debütant

“Debüt oyunumda qələbə qazana bildik. Bu, xüsusən də, özünəinam üçün çox yaxşı idi”.

Apasport.az saytının məlumatına görə, bunu “Zirə”nin yeni transferi Filipe Paxtmann deyib.

Azərbaycan kubokunun 1/4 final mərhələsində “Neftçi” ilə ilk matçda (1:0) debüt edən braziliyalı hücumçu ölkəsinin mətbuatına açıqlamasında bu rəqibi keçəcəklərinə əmin danışıb. 21 yaşlı forvard hədəflərinin hər iki cəbhədə uğurlu çıxış etmək olduğunu söyləyib: “Hədəfimiz ölkə kubokunda finala qədər irəliləmək və qalib olmaqdır. Kubokun 1/4 finalının ilk matçında “Neftçi” üzərində qələbə qazandıq. Uğurlu çıxışı davam etdirmək gücündəyik. “Neftçi”dən sonra yarımfinaldakı rəqibi də üstələyib finala yüksəlmək istəyirik. Premyer Liqada üçüncü yerdəyik, çempionluq uğrunda son tura qədər mübarizə aparacağıq”.

“Lvov”dan mövsümün sonuna qədər icarəyə götürülən Paxmann Ukraynanı Azərbaycana dəyişməsinin səbəbini də açıqlayıb: “Məni bura gəlməyə sövq edən əsas səbəb klubun Konfrans Liqasına vəsiqə uğrunda mübarizə aparmasıdır. Çox yaxşı çıxış etdiyimiz çempionatda ilk “üçlüy”ə düşə bilər və ölkə kubokunu qazana bilərik. Bu hədəfə çatsaq, gələn mövsüm Avropa Liqasında oynayacağıq”.

Qeyd edək ki, “Zirə” ilə “Neftçi” arasında cavab oyunu fevralın 7-də keçiriləcək. Paxmannın isə yayda müqavilə müddəti 3 illik uzadıla bilər.