10:32 06-02-2021
news_image
130
FUTBOL

Onilliyin futbolçusu seçildi – KONKAKAF-da

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Şimali Amerika, Mərkəzi Amerika və Karib hövzəsi Futbol Assosiasiyaları Konfederasiyası (KONKAKAF) ölkələrində son 10 ilin ən yaxşı futbolçularını açıqlayıb.

Apasport.az saytının məlumatına görə, ən yaxşı oyunçu adına PSJ-nin kosta-rikalı qapıçısı Keylor Navas layiq görülüb.

Sıralamada ikinci yeri “Mançester Yunayted”, “Real” kimi klublarda çıxış etmiş meksikalı hücumçu Xavyer Ernandes (Çikarito) tutub. İlk “üçlüy”ü İngiltərədə “Fulhem” və “Tottenhem”in formasını geyinmiş amerikalı yarımmüdafiəçi Klint Dempsi qapayıb.

Qeyd edək ki, Keylor Navas əvvəllər iki dəfə KONKAKAF-da ilin oyunçusu seçilib və ilin simvolik komandasında yer alıb.