11:30 06-02-2021
news_image
86
FUTBOL

Tuxel qalmasını istəyir – 37 yaşlı futbolçunun

İngiltərənin “Çelsi” klubu müdafiəçisi Tiaqo Silvanın çıxışından məmnundur.

Apasport.az saytının məlumatına görə, yeni baş məşqçi Tomas Tuxel braziliyalı oyunçunun komandada qalmasının tərəfdarıdır.

Bu səbəbdən “zadəganlar” 37 yaşlı müdafiəçi ilə yeni müqavilə imzalamaq niyyətinə düşüb. Silvanın menecerləri ilə bu yöndə danışıqlara artıq başlanılıb. Onun yeni birillik sazişə qol çəkməsi gözlənilir.

Qeyd edək ki, “Çelsi”yə ötən ilin yayında PSJ-dən keçən Tiaqo Silvanın hazırkı müqavilə müddəti mövsümün sonuna qədərdir.