12:12 06-02-2021
news_image
144
FUTBOL

Sulşerin “gözaltısı” – İngiltərədən

“Norviç”in müdafiəçisi Maks Aarons İngiltərədə klubunu dəyişməyə yaxındır.

Apasport.az saytının məlumatına görə. 21 yaşlı sağ cinah oyunçusu “Mançester Yunayted”in maraq dairəsindədir.

“Qırmızı şeytanlar”ın baş məşqçisi Ole Qunnar Sulşer ingiltərəli oyunçunun mövsümün sonunda transfer olunmasını istəyir. Norveçli mütəxəssis hesab edir ki, Aarons həmin mövqedə çıxış edən Aaron Van-Bissakaya layiqli rəqib olacaq. Digər sağ cinah müdafiəçisi Dioqo Dalot transferə çıxarılacaq.

Qeyd edək ki, “Tottenhem”in də gündəmində olan Maks Aaronsun transfer qiyməti 20 milyon avro dəyərində göstərilir.