13:06 06-02-2021
news_image
150
FUTBOL

Qapıçısının gedişinə razılıq verdi – “Barselona”

İspaniyanın “Barselona” klubu qapıçısı Netonun gedişinə razılıq verib.

Apasport.az saytının məlumatına görə, Kataloniya təmsilçisi mövsümün sonunda braziliyalı qolkiperlə yollarını ayıracaq.

Əsas heyətə düşə bilməyən 32 yaşlı oyunçu qış fasiləsində ayrılmaq istəsə də, baş məşqçi Ronald Kuman buna icazə verməmişdi. Lakin niderlandlı mütəxəssis yayda Netonun istəyinə qarşı çıxmayacaq. İspanlar onun transferindən təxminən 15 milyon avroluq gəlir əldə etməyi planlaşdırır.

Qeyd edək ki, Neto “Barselona”ya 2019-cu ildə “Valensiya”dan keçib.