13:47 06-02-2021
news_image
84
FUTBOL

Aparıcı futbolçusu ilə müqaviləni yeniləyir – Premyer Liqa klubu

İngiltərənin “Lester” klubu aparcı futbolçularından olan Yuri Tilemansla bağlı qərarını verib.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi təkliflərə baxmayaraq, 24 yaşlı futbolçunu satmayacağını bəyan edib.

Rəhbərlik hətta Belçika millisinin üzvünə yeni müqavilə təklif edib. Tilemans razılıq verərsə, məvacibinin artırılması şərtilə yeni uzunmüddətli sazişə qol çəkəcək. Tərəflər arasında danışıqlar müsbət yöndə davam edir.

Qeyd edək ki, cari mövsüm 29 oyunda 6 qol vuran Tilemansın “Lester”lə müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.