14:21 06-02-2021
news_image
165
FUTBOL

Dünyanın ən reytinqli gəncləri – Fati zirvədə

Dünyanın ən reytinqli gənc futbolçularının adları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, yüksək tirajlı “FourFourTwo” nəşri yaşı 20-yə qədər olan oyunçular arasında seçim edib.

Reyinqə əsasən hazırda dünyanın ən güclü gənc futbolçusu “Barselona”nın hücumçusu Ansu Fatidir. Onu Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Cud Bellinqem izləyir. İlk “üçlüy”ün son sakini “Barselona”nın digər futbolçusu Pedridir.

Qeyd edək ki, Fati və Pedrinin 18, Bellinqemin isə 17 yaşı var.