14:56 06-02-2021
news_image
95
FUTBOL

Yeni müqavilə bağlayır, amma... - Mbappe

Fransanın PSJ klubu hücumçusu Kilian Mbappe ilə yeni müqavilənin müzakirəsinə başlayıb.

Apasport.az saytının məlumatına görə, ulduz futbolçu tezliklə yeni sazişə qol çəkə bilər.

Ancaq müqaviləyə belə bir bənd əlavə olunacaq ki, “Real” və ya başqa “top-klub”dan sərfəli təklif gələcəyi təqdirdə, PSJ 22 yaşlı oyunçunun gedişinə icazə verəcək. Hazırkı müqaviləsi gələn ilin yayına qədər olan Mbappenin maaşı da artırılacaq.

Qeyd edək ki, Kilian Mbappe cari mövsüm ölkə çempionatında 19 oyunda 15 qol vurub, 6 məhsuldar ötürmə verib.