19:59 06-02-2021
news_image
113
FUTBOL

İlk yarımfinal cütlüyü müəyyənləşdi – Azərbaycan kubokunda

Azərbaycan kubokunda yarımfinal mərhələsinin ilk cütlüyü müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, buna 1/4 final mərhələsinin ilk iki cavab görüşündən sonra aydınlıq gəlib.

“Qəbələ” ilə dueldə sensasiyaya imkan verməyən “Qarabağ” ilk yarımfinalçı olub. Ağdamlıların bu mərhələdəki rəqibi isə "Səbail"i üstələyən "Sumqayıt" olacaq. “Qarabağ”la rəqibi arasında finala vəsiqə uğrunda matçlar 21-29 apreldə keçiriləcək.

Qeyd edək ki, fevralın 7-də 1/4 final mərhələsinin daha iki oyunu (“Kəpəz” – “Keşlə”, “Zirə” – “Neftçi”) keçiriləcək.