22:36 06-02-2021
news_image
106
FUTBOL

Rekordu təkrarladı – MLS-ə keçməklə

Braziliyanın “San-Paulo” klubunun hücumçusu Brenner karyerasını ABŞ-da davam etdirəcək.

Apasport.az saytının məlumatına görə, 21 yaşlı futbolçu “Çinçinnati” klubuna üz tutub. 

Keçid MLS təmsilçisinə bonuslarla birlikdə 15 milyon dollara başa gəlib. Bununla Brenner MLS tarixinin ən bahalı transferi rekordunu təkrarlayıb. Ona qədər rekord 2018-ci ildə Argentinanın “İndependyente” klubundan “Atlanta Yunayted”ə 15 milyon dollara keçən Ezekyel Barkoya məxsus idi.

Qeyd edək ki, Brenner “San-Paulo”da keçirdiyi 74 oyunda 27 qola imza atıb.