23:12 06-02-2021
news_image
165
FUTBOL

70 dəqiqə gözlədi, 20 dəqiqə izlədi - de Byazi

Azərbaycan millisinə potensial namizədlərdən sayılan Kamran Əliyevin formasını geyindiyi “Ximki” klubu yoxlama görüşü keçirib.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi Antalya toplanışı çərçivəsində ikinci sınaq matçını Rusiyanın digər komandası “Çayka”ya qarşı keçirib.

Aşağı liqa komandası ilə görüş “Ximki”nin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. AFFA-nın milliləşdirməyi planlaşdırdığı Əliyev hesab 2:0 olarkən, 70-ci dəqiqədə meydana daxil olub və son 20 dəqiqədə mübarizə aparıb.

Qeyd edək ki, Kamran Əliyevin oyununu izləmək üçün Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi Türkiyədədir.