12:30 07-02-2021
news_image
108
FUTBOL

“Qarabağ” önünə çıxmayacaq – “Sumqayıt”lı müdafiəçi

“Sumqayıt” Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk matçına itki ilə çıxacaq.

Apasport.az saytının məlumatına görə, Camaləddin Xocaniyzov “Qarabağ”la ilk oyunda komandasına kömək etməyəcək.

Buna 25 yaşlı rusiyalı müdafiəçinin cəzalı duruma düşməsi səbəb olub. Legioner futbolçu 1/4 final mərhələsinin hər iki qarşılaşmasında sarı vərəqə alıb.

Camaləddin “Səbail”lə ilk oyunun 17-ci, cavab görüşünün 57-ci dəqiqəsində xəbərdarlıq aldığından cəzalı duruma düşüb. Bu səbəbdən də müdafiəçi aprelin 21-dəki ev oyununu buraxacaq.