13:47 07-02-2021
news_image
64
FUTBOL

Maaşı artırılır – Premyer Liqa klubunda

İngiltərənin “Aston Villa” klubu aparıcı futbolçusu Cek Qrilişlə müqaviləni uzadacaq.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi yarımmüdafiəçiyə yeni anlaşma təklif edəcək.

Klub rəhbərliyi 25 yaşlı ingiltərəlini daha yaxşı şərtlərlə saxlamaq niyyətindədir. O, hazırda həftəyə 120 min funt sterlinq qazanır. Yeni təklifdə bu rəqəm 200 minə çatdırılacaq. Bu da nəhənglərin Qrilişə maraq göstərməsi ilə bağlıdır.

Qeyd edək ki, Cek Birminhem təmsilçisinin yetirməsidir. O, cari mövsümün 22 oyununda 7 qol və 12 assistə imza atıb.