
10:32
İtaliyanın “Yuventus” klubunun və Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo qeyri-adi yubileyə imza atıb.
Apasport.az saytının məlumatına görə, ulduz hücumçu 30 yaşı tamamlanandan sonrakı müddətdə 300-cü qolu vurub.
Bu, A seriyasının XXI turunun “Roma” ilə görüşünə təsadüf edib. 2:0 hesablı qələbəyə bir qolla töhfə verən Ronaldo milli və klublarda 326-cı oyununda 300-cü dəfə fərqlənib. Portuqaliyalı 30 yaşınadək keçirdiyi 718 matçda 463 qol vurub.
Qeyd edək ki, fevralın 5-də 36 yaşını tamamlayan futbolçu A seriyasının cari mövsümündə 17 oyunda 16 dəfə fərqlənib.