14:26 07-02-2021
news_image
68
FUTBOL

“Liverpul”un istədiyi vingeri tapdı – “Lids”də

İngiltərənin “Liverpul” klubu heyətinə qatmaq istədiyi vingeri müəyyənləşdirib.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi hazırda “Lids”də çıxış edən Rafinyanın transferində maraqlıdır.

Mersisaydlılar braziliyalı yarımmüdafiəçini yayda transfer etməyi planlaşdırır. Ötən ilin oktyabrında Fransanın “Renn” klubundan “Lids”ə keçən cənubi amerikalı digər Avropa nəhənglərinin də hədəfindədir.

Qeyd edək ki, Rafinya cari mövsümün 16 oyununda 4 qol vurub.