14:41 07-02-2021
news_image
152
FUTBOL

Vətən müharibəsi ilə bağlı jest - "Kəpəz"dən

Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Kəpəz” – “Keşlə” qarşılaşmasından öncə tədbir təşkil olunub.

Apasport.az saytının məlumatına görə, Vətən müharibəsi günlərində erməni təxribatçıların raket hücumu zamanı dağıntılardan zərər çəkimiş “Kəpəz”in üç veteranı Gəncə stadionuna dəvət alıb.

Müxtəlif illərdə klubun şərəfini qorumuş üç futbolçuya “Kəpəz” rəhbərliyi tərəfindən forma təqdim edilib. Bunlar Samir Allahverdiyev, Sahil Abdullayev və Emin Mustafayevdir.

Qeyd edək ki, Gəncə stadionu hazırda tələblərə cavab vermədiyindən arenada Azərbaycan Dövlət Himni səsləndirilməyib, həmçinin heyət və tədbir diktor tərəfindən səsləndirilməyib.