15:29 07-02-2021
news_image
89
FUTBOL

“Roma”nın zədəli futbolçusuna elçi düşdü – “Yuventus”

İtaliyanın “Roma” klubunun futbolçusu Nikolo Zaniolo karyerasını “Yuventus”da davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Turin təmsilçisinin maraq dairəsinə düşüb.

Bir müddətdir 21 yaşlı futbolçunu izləyən “byankoneri” paytaxt təmsilçisinə rəsmi sorğu göndərməyi planlaşdırır. “Canavarlar”la müqaviləsi 2024-cü ilə qədər olan Zaaniolo zədə səbəbindən cari mövsümü buraxmalı olub.