15:49 07-02-2021
news_image
104
FUTBOL

Bombardir üçün sorğu – Premyer Liqa klubundan

Heyətini gücləndirmək niyyətində olan İngiltərənin “Vest Hem” klubunun transfer siyahısında yeni hücumçu daxil edilib.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi Çempionşipin bombardirlərindən olan Adam Armstronqu heyətinə qatmaq istəyir.

“Vest Hem” “Blekbern”ə 23 yaşlı hücumçu ilə bağlı rəsmi sorğu ünvanlamağa hazırlaşır. 26 oyunda 17 top vuran Adam turnirin bombardirləri cədvəlində ikinci sıradadır.

Qeyd edək ki, hücumçunun keçidində klubun baş məşqçisi Devid Moyes maraqlıdır.