
21:22
Bakının “Keşlə” klubu tarixində 12-ci dəfə Azərbaycan kubokunun yarımfinalına yüksəlib.
Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi 1/4 finalda “Kəpəz”i mübarizədən kənarlaşdırıb.
Hər iki qarşılaşmada (1:0, 2:0) qələbə qazanan bakılılar iki illik fasilədən sonra finalın bir addımlığınadək irəliləyib. 2017/18 mövsümündə ölkə kubokunun qalibi olan “Keşlə” həmin vaxtdan yarımfinala çıxa bilmirdi.
Paytaxt təmsilçisi həm 2018/19, həm 2019/20 mövsümündə 1/4 finalda dayanıb. Hər iki halda bakılıları “Qarabağ” dayandırıb.
Qeyd edək ki, yarımfinala daha öncə vəsiqə qazananlardan “Qarabağ” 17-ci, “Sumqayıt” 4-cü dəfə bu uğura imza atıb.