17:34 07-02-2021
news_image
115
FUTBOL

“Kəpəz” bizə çətin anlar yaşatdı” – Sənan Qurbanov

"Hər iki oyunda “Kəpəz” bizə çətin anlar yaşatdı”. 

Apasport.az saytının məlumatına görə, bunu “Keşlə”nin baş məşqçisi Sənan Qurbanov deyib.

41 yaşlı çalışdırıcı Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində keçirilən "Kəpəz" - "Keşlə" (0:2) oyunu barədə fikirlərini açıqlayıb: "Sabah" üzərindəki qələbə və Bakıda bizə qarşı göstərdikləri futbol onlara motivasiya vermişdi. Qarşımızda istəkli və aqressiv komanda var idi. Qələbə qazandıq, turu keçən tərəf olduq. Futbolçularımı təbrik edirəm".