18:15 07-02-2021
news_image
77
FUTBOL

İkinciliyə şərik oldu – Keyn

Harri Keyn İngiltərənin “Tottenhem” klubunun ən yaxşı bombardirləri siyahısında ikinci yerə şərik çıxıb.

Apasport.az saytının məlumatına görə, təcrübəli forvard Premyer Liqanın “Vest Bromviç”lə matçında qol sevinci yaşayıb.

2:0 hesablı qələbəyə bir topla töhfə verən Keyn London təmsilçisində 208-ci dəfə fərqlənib. O, bu göstəricidə Bobbi Smitə çatıb.

“Tottenhem” tarixinin ən məhsuldar oyunçusu isə Cimmi Qrivzdir. Onun aktivində 266 top var.