18:45 07-02-2021
news_image
161
FUTBOL

148 günlük həsrətə son – Monroz qayıtdı

“Neftçi”nin futbolçusu Stiven Monroz meydana qayıdıb.

Apasport.az saytının məlumatına görə, fransalı yarımmüdafiəçi Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Zirə” ilə səfər matçında şans qazanıb.

İkinci hissədə meydana daxil olan legioner sonuncu dəfə ötən il sentyabrın 20-də rəsmi görüşdə iştirak edib. “Sumqayıt”la qarşılaşmanın (0:2) ikinci hissəsində iştirak edən Monroz 148 günlük fasilədən sonra “Neftçi” formasını geyinib.

Qeyd edək ki, Monroz cari mövsüm bu oyunadək 2 çempionat və 1 avrokubok matçına çıxıb.