19:13 07-02-2021
news_image
116
FUTBOL

Mini yarıladı - Zlatan

İsveç millisinin sabiq futbolçusu Zlatan İbrahimoviç klub karyerasında 500-cü qolu vurub.

Apasport.az saytının məlumatına görə, ulduz hücumçu şərəfini qoruduğu “Milan”ın heyətində fərqlənib.

O, İtaliya A seriyasının XXI turunun “Krotone” ilə görüşündə hesabı açıb. Bu, 39 yaşlı forvardın “Milan”da 82-ci, klub karyerasında 500-cü qolu olub.

1000-i yarılayan hücumçu “Malmö”də 18, “Ayaks”da 48, “Yuventus”da 26, “İnter”də 66, “Barselona”da 22, PSJ-də 156, “Mançester Yunayted” 29, “Los Anceles Qalaksi”də 53 dəfə fərqlənib.