11:16 08-02-2021
news_image
592
FUTBOL

“Top-5” liqalarda 600-cü oyunu – ispaniyalı qapıçının

İtaliya A seriyasının XXI turunda “Kalyari” ilə oyun “Latsio”nun qapıçısı Pepe Reyna üçün əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, ispaniyalı qolkiper “top-5” liqalarda 600-cü oyununu keçirib.

39 yaşlı qolkiperin yubiley görüşündə romalılar 1:0 hesablı qələbə qazanıb. Reyna ümumilikdə İngiltərə Premyer Liqasında 297, İtaliya A seriyasında 161, İspaniya La Liqasında 139, Almaniya Bundesliqasında isə 3 oyunda iştirak edib. O, ən çox “Liverpul”da meydana çıxıb (285).

Qeyd edək ki, Pepe Reyna “Vilyarreal”la 2 dəfə İntertoto Kubokunu (2003, 2004), “Liverpul”la UEFA Superkubokunu (2005), İngiltərə kubokunu (2006), İngiltərə Superkubokunu (2006), İngiltərə Liqa Kubokunu (2012), “Napoli” ilə İtaliya kubokunu (2014), “Bavariya” ilə isə Almaniya çempionuluğunu (2015) qazanıb.