11:26 08-02-2021
news_image
407
FUTBOL

Premyer Liqa tarixinin 3-cüsü oldu – seriyası qırıldı

İngiltərə Premyer Liqasının XXIII turunda “Liverpul” üzərində səfər qələbəsi qazanan “Mançester Siti”də qapıçı Ederson Moraeşin uğurlu seriyası qırılıb.

Apasport.az saytının məlumatına görə, ikinci hissədə Məhəmməd Salahın qoluna üzülən braziliyalı qolkiper 831 dəqiqədən sonra qapısında top görüb.

Ederson Premyer Liqa tarixində ən uzun quru seriyaya malik üçüncü qapıçı olub. O, ikinci pillədəki Petr Çex (“Çelsi” - 1025 dəqiqə) və rekordçu Edvin van der Sarın (“Mançester Yunayted” – 1311) göstəricisinə çatmaq şansını əldən verib.

Qeyd edək ki, “Mançester Siti” səfərdə “Liverpul” üzərində 4:1 hesablı qələbə qazanıb.