11:41 08-02-2021
news_image
521
FUTBOL

Massimiliano Alleqri Fransa yolunda – “Marsel” istəyir

Fransanın “Marsel” klubu baş məşqçi axtarışlarını davam etdirir.

Apasport.az saytının məlumatına görə, Liqa1 təmsilçisi Massimiliano Alleqri ilə danışıqlara start verib. 

Bunadək iki mütəxəssisin imtinası ilə üzləşən fransalıların idman direktoru Pablo Lonroriya italiyalını baş məşqçi gətirmək istəyir. O, “Milan” və “Yuventus”da çalışdığı müddətdə 6 titul qazanan Alleqrinin “Marsel”i iddialılar sırasına daşıyacağına əmindir.

Qeyd edək, Andre Villaş-Boaşın istefasından sonra Rafael Benites və Maurisio Sarri baş məşqçisiz qalan “Marsel”i çalışdırmaq istəməyib.