11:51 08-02-2021
news_image
1846
FUTBOL

İspaniyadan təklif – Emil Balayevə

“Qarabağ”ın qapıçısı Emil Balayev yenidən legioner həyatı yaşaya bilər.

Apasport.az saytının əldə etdiyi məlumata görə, Azərbaycan millisinin qolkiperi İspaniyadan təklif alıb.

Ağdam klubunda əsas heyətə düşə bilməyən 27 yaşlı oyunçu La Liqa-2 təmsilçisi “Luqo”nun maraq dairəsindədir. Qapı xəttini həmyerlimizlə gücləndirmək istəyən qalisiyalılar transferin qış fasiləsində baş tutması üçün onunla təmasa keçib. Lakin “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qapıçının mövsümün sonuna qədər komandada qalmasını məqsədəuyğun bilib.

Bu səbəbdən Balayevlə “Luqo” rəhbərliyi danışıqları mövsümün sonunda davam etdirmək qərarına gəliblər. Ancaq onun “Qarabağ”la müqavilə müddəti 2022-ci ilin yayına qədər olduğundan, ağdamlıların da keçidə razılığını almaq lazım gələcək.

Qeyd edək ki, Emil Balayev Almaniyada “Ayntraxt” və Qazaxıstanda “Tobol”un heyətində legioner həyatı yaşayıb.