12:05 08-02-2021
news_image
618
FUTBOL

Rekord üçün 136 saniyə bəs etdi – Messiyə

İspaniya La Liqasının XXII turunda “Betis” üzərində qələbə qazanan “Barselona”da kapitan Lionel Messi daha bir rekorda imza atıb.

Apasport.az saytının məlumatına görə, argentinalı superulduz ikinci hissədə meydanda daxil olduqdan sonra karyerasında ən erkən qola imza atıb.

57-ci dəqiqədə əvəzləmədən oyuna qoşulan 34 yaşlı futbolçu cəmi 136 saniyə sonra fərqlənib. O, ümumilikdə ehtiyatdan meydana girdikdən sonra vurduğu qol sayını 27-yə çatdırıb.

Qeyd edək ki, “Betis”i 3:2 hesabı ilə məğlub edən “Barselona” La Liqada 43 xalla ikinci pillədə qərarlaşıb.