13:04 09-08-2008
news_image
418
STOLÜSTÜ OYUNLAR

Azərbaycan şahmatçısı İspaniyada təşkil olunan turnirdə keçirdiyi 7 oyunda cəmi yarım xal itirib

Bakı. Kənan Həsənov - APA-Sport. Azərbaycan şahmatçısı Azər Mirzəyev İspaniyanın Barselona şəhərində keçirilən beynəlxalq şahmat turnirində inamlı çıxışını davam etdirir. “APA-Sport”un məlumatına görə, yarışın reytinq favoriti olan həmyerlimiz VII tur çərçivəsində ispaniyalı Roy Reynaldonu məğlub edib. Bu, həmyerlimizin qazandığı altıncı qələbə olub. A. Mirzəyev həmçinin bir görüşü heç-heçə başa vurub. 6,5 xalla liderliyini möhkəmləndirən qrossmeysterimiz növbəti oyununu bu gün Mariam Daneliyaya (Gürcüstan) qarşı keçirəcək. 64 şahmatçının mübarizə apardığı turnir sabah başa çatacaq.