
11:14
Almaniyanın “Bavariya” klubunun futbolçusu Kinqsli Koman karyerasını Münhen təmsilçisində davam etdirməkdə maraqlıdır.
Apasport.az saytının məlumatına görə, fransalı yarımmüdafiəçi hazırkı müqaviləsinin uzadılmasını istəyir.
Komanın anlaşması 2023-cü ilin iyununda başa çatacaq. Koman isə Bundesdliqanın ən titullu klubunda daha uzun müddət qalmağın tərəfdarıdır.
Qeyd edək ki, 2017-ci ildə “Yuventus”dan “Bavariya”ya keçən Kinqsli bunadək iki il icarə əsasında Münhen təmsilçisində oynayıb.