12:30 08-02-2021
news_image
616
FUTBOL

Yubiley qələbəsi - "Sumqayıt"ın

“Sumqayıt” Azərbaycan kubokunda 10-cu qələbəsini qazanıb.

Apasport.az saytının məlumatına görə, bu, 1/4 final mərhələsinin “Səbail”lə cavab oyununa təsadüf edib.

2:1 hesablı qələbəyədək “gənclik şəhəri” təmsilçisinin aktivində 9 uğuru var idi. Sumqayıtın eyniadlı komandası 27-ci matçında 10-cu qələbəni bayram edib.

Bunlardan üçü evdə, yeddisi səfərdə qeydə alınıb.