12:31 08-02-2021
news_image
546
FUTBOL

Uğursuz yubiley - Azərbaycan kubokunda

Gəncənin “Kəpəz” klubu Azərbaycan kubokunda 100-cü oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, yubiley 1/4 final mərhələsinin “Keşlə” ilə matçına təsadüf edib.

Bu qarşılaşmayadək 99 görüşə çıxan qərblilər 0:2 hesabı ilə uduzub. Turnirdə 1992-ci ildə debüt edən “Kəpəz” 57 qələbə qazanıb, 15 heç-heçə edib və 28 dəfə uduzub. Gəncəlilər 180 qol vurub, 104-nü buraxıb.

Qeyd edək ki, “Kəpəz” evdə 47, səfərdə 49, neytral meydanda 4 dəfə qüvvəsini sınayıb.