13:27 08-02-2021
news_image
568
FUTBOL

İki hücumçu alacaq - Premyer Liqanın lideri

İngiltərə Premyer Liqasının lideri “Mançester Siti” indidən yay transfer planlarını müəyyənləşdirib.

Apasport.az saytının məlumatına görə, “şəhərlilər” iki hücumçu transferində maraqlıdır.

Mançester klubu İtaliya “İnter”inin forvardı Romelu Lukakunu Premyer Liqaya qaytarmaq istəyir. 27 yaşlı belçikalı əvvəllər “Mançester Yunayted”də çıxış edib.

Lukaku digər hücumçular Lionel Messi, Killian Mbappe, Erlinq Haland və Harri Keynin daha ucuz alternatividir. “Mançester Siti” Denni İnqzi də heyətinə qatmaq istəyir. “Sauthempton”un 28 yaşlı forvardının keçidi üçün mançesterlilər futbolçularından birini də verməyi planlaşdırır.