
00:07
Azərbaycan futbolunda VAR (video-köməkçi hakim) sisteminin tətbiq olunması ilə bağlı ilkin prosesə müvafiq protokollara uyğun olaraq start verilib.
Apasport.az saytının məlumatına görə, qarşıdakı günlərdə bununla əlaqədar FİFA ilə videokonfrans formatında görüş keçiriləcək.
Tədbirdə mövcud vəziyyət müzakirə olunacaq. Həmçinin həyata keçiriləcək işlər barədə fikir mübadiləsi aparılacaq.
Qeyd edək ki, VAR sisteminin tətbiqi üçün hazırlıq və araşdırma mərhələsinə start verilməsi barədə AFFA İcraiyyə Komitəsi tərəfindən qərar qəbul edilmiş, lakin COVİD-19 pandemiyası ilə əlaqədar proses bir müddət təxirə salınmışdı.