14:46 08-02-2021
news_image
573
FUTBOL

30 milyonluq hücumçu – “Atletiko”nun hədəfində

İspaniyanın “Atletiko” klubu heyətinə yeni hücumçu qatmağı planlaşdırır.

Apasport.az saytının məlumatına görə, Madrid təmsilçisi Almaniya “Ayntraxt”ının forvardı Andre Silvanın transferində maraqlıdır.

Bundesliqa təmsilçisi futbolçunu satmağa hazırdır. Lakin frankfurtlular bu keçiddən ən azı 30 milyon avro əldə etmək istəyir.

Qeyd edək ki, Silva İngiltərə təmsilçisi “Vulverhempton”un da maraq dairəsindədir.