15:00 08-02-2021
news_image
468
FUTBOL

İkiqat yubiley – “Qarabağ” üçün

Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Qəbələ” ilə cavab oyunu “Qarabağ” üçün ikiqat yubileylə əlamətdar olub. 

Apasport.az saytının məlumatına görə, erkən qolla hesabı açan Maksim Medvedev kapitanı olduğu komandanın yubiley topuna imza atıb.

Bu, “Qarabağ”ın kubokda səfərdə vurduğu 90-cı qol olub. Rəqib meydanında daha iki dəfə fərqlənməklə bu rəqəmi 92-yə çatdıran ağdamlıların 66 görüşdəki orta məhsuldarlığı 1,39-a bərabərdir.

3:0 hesabı ilə qalib gələn “Qarabağ” qapısını toxunulmaz saxlayıb. Ağdam klubu ölkə kubokunda 75-ci quru matçını keçirib. Bu göstəricidə rekordçu olan komanda 45 dəfə evdə, 26 dəfə səfərdə, 4 dəfə neytral meydanı qol buraxmadan tək edib.