15:27 08-02-2021
news_image
428
FUTBOL

“Topu Messiyə ötürüb, bir az izləyərdim” - Verratti

PSJ-nin daha bir futbolçusu Marko Verratti “Barselona”nın kapitanı Lionel Messinin komandaya mümkün transferini dəyərləndirib.

Apasport.az saytının məlumatına görə, italiyalı yarımmüdafiəçi argentinalı superulduzla eyni klubda çıxış etmək arzusunda olduğunu gizlətməyib.

Verrati bunun PSJ-yə əlavə güc qatacağını düşünür: “Əlbəttə ki, Messi ilə birgə oynamaq istərdim. Onun bizim komandada yer alması əla olardı. Bu, futbolun mənə verə biləcəyi fərqli an olar. Topu Neymar və Messiyə ötürər və arxada qalaraq bir az onları izləyərdim”.

Qeyd edək ki, bir müddət əvvəl PSJ-nin argentinalı yarımmüdafiəçisi Anxel Di Mariya da həmyerlisini bu komandaya keçməyə dəvət edib.