15:38 08-02-2021
news_image
108
FUTBOL

“Ayaks”dan ayrılır – “Barselona”ya görə

Niderlandın “Ayaks” klubunun idman direktoru Mark Overmars mövsümün sonunda komandadan ayrılacaq.

Apasport.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Xəbərdə vurğulanıb ki, 47 yaşlı mütəxəssis 8 il strukturunda çalışdığı Amsterdam təmsilçisi ilə vidalaşacaq. Overmarsın gələn mövsümdən daha bir sabiq komandası “Barselona”da eyni vəzifəni icra etməsi gözlənilir. Onun xidmətində həmçinin “Arsenal” da maraqlıdır.

Qeyd edək ki, Mark Overmars 1992-1997-ci illərdə “Ayaks”ın formasını geyinib. O, daha sonra “Arsenal” (1997-2000) və “Barselona”da (2000-2004) çıxış edib.