15:52 08-02-2021
news_image
232
FUTBOL

Buxarestdə olacaq - “Atletiko” – “Çelsi” matçı

Çempionlar Liqasının daha bir oyununun yeri dəyişdirilib.

Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, 1/8 final mərhələsinin “Atletiko” – “Çelsi” matçı Rumıniyanın paytaxtı Buxarestdə baş tutacaq.

Buna İngiltərə təmsilçisinin Madridə gedə bilməməsi səbəb olub. Bu, koronavirusun yeni ştampına yoluxma olan ölkələrdən İspaniyaya yollanmağa qadağa qoyulması ilə bağlıdır. Bu oyun fevralın 23-də keçiriləcək.

Qeyd edək ki, eyni səbəbdən “Leypsiq” – “Liverpul” matçı Macarıstan paytaxtı Budapeştdə keçiriləcək.