16:40 08-02-2021
news_image
94
FUTBOL

Morata ilə bağlı qərarı – “Yuventus”un

İtaliyanın “Yuventus” klubu hücumçusu Alvaro Moratanı komandada saxlamaq niyyətindədir.

Apasport.az saytının məlumatına görə, “qoca sinyora” hazırda icarə əsasında çıxış edən 28 yaşlı forvardın daha bir il kollektivdə qalmasında maraqlıdır. Düzdür, “Yuve” müqavilə ilə İspaniya “Atletiko”suna məxsus olan oyunçunu yayda 45 milyon avroya transfer etmək hüququna malikdir. Ancaq italyanlar onun icarə müddətini 1 illik uzatmağı üstün tuturlar. Klublar arasında danışığın bu yöndə aparılması gözlənilir.

Qeyd edək ki, Alvaro Morata cari mövsüm A seriyasında keçirdiyi 16 oyunda 4 qol vurub, 7 məhsuldar ötürmə verib.