17:01 08-02-2021
news_image
85
FUTBOL

MMA döyüşçüsü ilə dalaşdı, balkondan düşdü - sevgilisi

Rusiyalı MMA döyüşçüsü Arsen Batırovun sevgilisi Moskvadakı binaların birinin mənzilinin balkonundan yerə düşüb.

Apasport.az saytının məlumatına görə, hadisə idmançı ilə qadın arasında münaqişədən sonra yaşanıb.

Cütlük Mitinoda kirayə götürülmüş mənzildə qızın ad gününü qeyd edib. Qonaqlıq zamanı onlar bir-birini söyməyə və ardınca dalaşmağa başlayıb.

Qız fincanla döyüşçünün başına vurub ki, bundan sonra Batırova yardım tələb olunub. İdmançı özünə gələndə qız mənzildə olmayıb. Sonradan onun meyiti balkonun aşağısında tapılıb. Hadisə yerinə gələn təcili yardım qızı xilas edə bilməyib.

Qeyd edək ki, yarımorta çəki dərəcəsində mübarizə aparan Arsen karyerası ərzində keçirdiyi 7 döyüşdə 3 qələbə qazanıb və 4 dəfə uduzub.